EN

Hərbi paradda digər ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak edib

BAKI, 8 noyabr. TELEQRAF

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə gələn yüksək səviyyəli qonaqlar da iştirak ediblər.

Teleqraf xəbər verir ki, onların arasında Slovakiya Baş nazirin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Serbiya Baş qərargah rəisi, Qırğızıstan müdafiə naziri, Qazaxıstan müdafiə naziri, Özbəkistan müdafi nazirinin müavini yer alıb.

Chosen
20
1
teleqraf.com

2Sources