EN

Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)

Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edir.

Türkiyə dövlət başçısı Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Pakistan baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcək.

***

Noyabrın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşılayıblar.
Chosen
34
5
reyting.az

10Sources