EN

Makron oğurlanan zinət əşyalarını tapacağına sözVERDİ

Fransa Prezidenti Emmanuel Makron Meksikaya səfəri zamanı Luvr muzeyindən oğurlanan daş-qaşın tapılacağına söz verib.

Redaktor.az xəbər verir ki, o bu barədə “Televisa” telekanalına açıqlamasında deyib.

“Bu oğurluğu həyata keçirən dəstənin bəzi üzvlərini dindirilməyə çağırmışıq. Dəyərli əşyalar tapılacaq, həmin şəxslər tutulacaq və ədalət mühakiməsinə cəlb olunacaqlar”, - Makron bildirib.

Fransa prezidenti həmçinin Paris muzeyində təhlükəsizliyin tamamilə yenidən qurulacağına söz verib. O, yanvar ayında elan edilən yeni giriş qapısının və Leonardo da Vinçinin “Mona Liza”sına həsr olunmuş otağın tikintisini nəzərdə tutan “Luvrun yeni intibah dövrü” planından bəhs edib.

Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Chosen
95
1
redaktor.az

2Sources