Tərtər Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub. Avtosfer.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rüfət Nizami oğlu Məmmədov Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rüfət Məmmədov bu təyinatadək Bərdə Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində fəaliyyət göstərib.
Eyni zamanda, Tərtər Rayon Polis Şöbəsinin əvvəlki rəisi, polis polkovniki Elçin Qasımov isə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib (Ajans.az).