EN

Romaya gəzməyə gedən azərbaycanlı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İtaliyanın paytaxtı Roma şəhərinə gəzməyə gedən azərbaycanlı Quliyeva Sona Cəmil qızı itkin düşüb. KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

S.Quliyeva noyabr ayının 3-də gecə Bakından yola düşüb, Roma hava limanına enib və oradan video paylaşaraq “Romaya çatdım” deyib. Ondan sonra S.Quliyevadan heç bir xəbər yoxdur.

“Bu gün artıq 5-cı gündür ki, ondan xəbər ala bilmirik. Mesajlara və zənglərə cavab vermir, telefona da zəng çatmır. Onun yanında böyük məbləğdə pul və telefon olub. İtaliyaya səyahət məqsədi ilə getmişdi.

Ailəsi və dostları çox narahatdır. Artıq səfirliyə də müraciət etmişik. Azərbaycanda bayram tətili olduğuna görə dövlət qurumları hazırda işləmir. İş başlayan kimi kömək üçün müraciət edəcəyik.

Romada olan və kömək edə biləcək hər kəsdən çox xahiş edirik, dəstəklərini əsirgəməsinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
6
konkret.az

7Sources