EN

Yuxarı Şirvan zonasında Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib - FOTOLAR

Ölkənin Yuxarı Şirvan zonasında Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu münasibətlə Kürdəmir, Ucar, Göyçay və Zərdab rayonlarında müxtəlif tədbirlər keçirilib.

Keçirilən tədbirlərdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub, şəhid ailələrinə baş çəkilib. Daha sonra idarə və müəssisələrdə bayram tədbirləri baş tutub, Zəfər yürüşü təşkil olunub.

Tədbirlərdəki çıxışlarda Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyətindən geniş bəhs edilib.

"Cebheinfo.az" 

Chosen
39
25
cebheinfo.az

10Sources