EN

Elçin Ağamalı atasının onu partiyadan qovmasından danışdı Yığışıb özləri üçün...

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Qərarı gördüm, lakin biz düşünürük ki, son sözü Ədliyyə Nazirliyi deyəcək. Nazirliyin müvafiq qərarı və rəyi olduqdan sonra biz öz fikrimizi bildirəcəyik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.  Partiyadan çıxarılması barədə qərardan danışan E.Ağamalı bildirib ki, hələlik dövlət qurumunun mövqeyini gözləyirlər:

“Ədliyyə Nazirliyinə sənədlərimizi təqdim etmişik. Qeyd etdiyim kimi, qarşı tərəf yığışıb özü üçün bir kağız yazıb, qoyub ortalığa. Bu da onların fikridir. Ədliyyə Nazirliyi müvafiq qərar verdikdən sonra partiya üzvləri ilə bir araya gəlib hansı addımı atacağımızı bildirəcəyik. Hələlik qəbul olunacaq qərarı gözləyirik”.

Qeyd edək ki, noyabrın 5-də Ana Vətən partiyasının iclası keçirilib. İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olunub. Bununla yanaşı, partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin qurultay nümayəndələri qismində qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edilib. Partiya üzvü olmayan şəxslərin nümayəndə qismində qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə, növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib. İdarə Heyətinin yığıncağında verilən bütün qərarlar yekdilliklə qəbul olunub. Eyni zamanda qeyd olunub ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun partiya üzvlüyündən çıxmaqla bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, partiyadakı üzvlüyünə xitam verilib. Qurultayda partiya sədrliyinə namizd olmuş Elçin Ağamalı da Ana Vətən Partiyasından çıxarılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
icma.az

3Sources