EN

Marin Lö Pen 2027-ci il seçkilərində namizəd olub-olmayacağını açıqlayıb

Paris, 8 noyabr, AZƏRTAC

Fransa Milli Birlik Partiyasının (Rassemblement National) lideri Marin Lö Pen 2027-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoyub.

AZƏRTAC xəbər verir ki, o, “Causeur” aylıq jurnala müsahibəsində apellyasiya məhkəməsi tərəfindən beşillik seçilmə qadağası qüvvədə saxlanıldığı təqdirdə, prezidentliyə namizəd olmayacağını açıqlayıb.

“Mən qərarımı apellyasiya məhkəməsinin qərarı elan edilən gün verəcəyəm”, - deyə Lö Pen bildirib.

Chosen
26
1
azertag.az

2Sources