EN

Rütte: "Nüvə müharibəsi nə qazanıla, nə də aparıla bilər"

"NATO potensial düşmənləri inandırıcı şəkildə çəkindirmək məqsədi ilə gələcəkdə öz nüvə potensialını daha da artırmaq niyyətindədir".

Publika.az xəbər verir ki, bunu Alyansın baş katibi Mark Rütte Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bəyan edib.

"Nüvə çəkindirməsi barəsində öz cəmiyyətlərimizlə daha çox danışmalıyıq. Onlar bunun bizim ümumi təhlükəsizliyimizə necə kömək edəcəyini başa düşməlidirlər", - deyə baş katib bildirib.

Rüttenin fikrincə, NATO ölkələrinin əhalisi təhlükəli və kobud nüvə ritorikanın səsləndiyi bir vaxtda başa düşməlidir ki, təşvişə heç bir səbəb yoxdur, alyans bu sahədə yetərincə potensiala malikdir.

Chosen
42
2
publika.az

3Sources