EN

Türkiyənin Netanyahu barəsində həbs qərarına İsraildən reaksiya

BAKI, 8 noyabr. TELEQRAF

“İsrail Türkiyənin bu qərarını qəti şəkildə rədd edir və bunu növbəti piar hesab edir”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar İstanbul Baş Prokurorluğunun Baş nazir Binyamin Netanyahu, hökumət və hərbi rəhbərliyin bəzi üzvləri barəsində həbs orderi verməsinə cavab olaraq bildirib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu noyabrın 7-də Netanyahu, İsrail müdafiə naziri İsrael Kats, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş Qərargah rəisi Eyal Zamir və bir neçə yüksək rütbəli hərbçi barəsində həbs orderi çıxarıb. Onlar Qəzza zolağında soyqırım və bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham olunurlar.

Chosen
56
1
teleqraf.com

2Sources