Bakıda JF-17 qırıcılarının səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif Bakıda keşirilən hərbi paraddakı çıxışında deyib.
O, 44 günlük müharibədə əldə edilmiş şanlı qələbənin 5-ci ildönümünün qürurla qeyd olunduğunu vurğulayıb:
"Azərbaycan və türk qardaşlarının arxasında marşla gedən müzəffər silahlı qüvvələrimizi görmək, möhkəm dostluğumuzun rəmzi olan JF-17 qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür".