EN

Hakan Fidan: Qarabağ Azərbaycandır!

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Qardaş Azərbaycanın 8 Noyabr Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağın öz azadlığına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizə minnətdarlıqla xatırlayıram.

Qarabağ Azərbaycandır! Bu həqiqət millətlərin yaddaşında da, regionun gələcəyində də əbədi yaşayacaq. Bu gün Cənab Prezidentlə birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük qürur duyuruq”, - o vurğulayıb.
Chosen
26
2
sherg.az

10Sources