EN

Zəfərin 5-ci ildönümü Tbilisidə qeyd olunub (FOTO)

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə Zəfər Gününün 5-ci ildönümümünasibətilə təntənəli tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi vəAzərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə ŞotaRustaveli adına Dövlət Teatrında baş tutub.

Tədbirdə Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları,diplomatik korpusların təmsilçiləri, rəsmi şəxslər və ictimaiyyətnümayəndələri iştirak ediblər.

Əvvəlcə “Zəfərə aparan yol” sənədli filmi nümayiş etdirilib,sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Vətən müharibəsivə qazanılmış böyük qələbə barədə ətraflı məlumat verib. Səfir,həmçinin keçirilən tədbirin iki ölkə xalqları arasında dostluq vəhəmrəyliyin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini VaqifSeyidbəyov müharibə dövründə xalqımızın və dünyaazərbaycanlılarının birliyindən danışıb, şanlı Zəfərimizinxalqımızın əzmini və tarixi ədalətin təntənəsini təcəssümetdirdiyini bildirib. Sədr müavini Dövlət Komitəsinin dəstəyi ilədünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə dəməlumat verib.

Çıxışlarda Azərbaycanın suverenliyi və müstəqilliyi uğrundacanlarını fəda edən qəhrəmanların adlarının xalqın yaddaşına,tarixin qızıl səhifələrinə əbədi həkk olunduğu bildirilib. Böyükqələbənin Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlhamƏliyevə inamının və etimadının, millətin sarsılmaz birliyininnəticəsində əldə olunduğu vurğulanıb.

Ardınca tədbirin bədii hissəsi baş tutub. Müğənni Zamiq Hüseynovvətənpərvərlik ruhunda ifaları ilə tədbirə xüsusi rəng qatıb,Gürcüstanın Dövlət Rəqs Akademiyasının “Erisioni” ansamblı isəsəhnədə rəqs nümunələri ilə çıxış edib.

Zəfərin
Zəfərin
Zəfərin
Zəfərin
Zəfərin
Zəfərin
Zəfərin
Zəfərin
Chosen
57
4
az.trend.az

6Sources