EN

Bakıda "Comelson Business Forum" keçirildi

Bu il keçirilən "Comelson Business Forum" ölkənin biznes icmasının diqqət mərkəzində olub."Rmedia"nın rəsmi media tərəfdaşı olduğu tədbir 300-dən çox iştirakçının qatıldığı genişmiqyaslı platforma kimi biznes, sahibkarlıq və innovasiya sahəsinin nümayəndələrini bir araya gətirdi. Forum Nizami Kino Mərkəzində təşkil olunaraq iştirakçılara bilik, təcrübə və əməkdaşlıq mübadiləsi üçün əlverişli imkanlar təqdim etdi. Tədbir çərçivəsində müxtəlif panel müzakirələri, açıq çıxışlar və sual-cavab sessiyaları təşkil olunub. Çıxış edən spikerlər müasir biznes trendləri, liderlik, startap mədəniyyəti, effektiv idarəetmə və innovativ strategiyalar mövzularında praktiki tövsiyələrini iştirakçılarla bölüşdülər. Forum iştirakçılarına həm yerli, həm də qlobal biznes təcrübələrindən faydalanmaq fürsəti yarandı.“Zirvədə Mükəmməllik!” şüarı altında reallaşan "Comelson Business Forumda" spiker çıxışlarında vurğulayıblar ki, uğurlu biznes və şəxsi inkişafın əsası məqsədli və doğru strategiya ilə hərəkət etməkdir.

Tədbirin önəmli elementlərindən biri də networking zonası olub. Burada iştirakçılar yeni biznes əlaqələri qurmaq, potensial tərəfdaşlarla tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Həmçinin, sponsor çıxışları və lotoreya mərasimi forumun dinamik və maraqlı ab-havasını artırıb.

Chosen
32
1
metbuat.az

2Sources