EN

“Ərdoğan müharibənin ilk saatlarından Azərbaycana öz dəstəyini göstərirdi”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk satalarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi”.

News365.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

“Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”, - deyə dövlət başçısı əlavə edib.

İlham Əliyevin sözlərinə görə, müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırıblar:

“Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür”.

Chosen
35
38
news365.az

10Sources