EN

Ölkənin şimal-qərb zonasında Zəfər Günü qeyd olunub - FOTOLAR

Ölkənin şimal-qərb rayonlarında 8 Noyabr - Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarındakı müxtəlif müəssisə, idarə və təşkilatlarda Zəfər gününə həsr olunmuş tədbirlər keçirilib, Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkilib.

Silsilə tədbirlər zamanı öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra rayon Mədəniyyət mərkəzlərində tədbirlər keçirilib, konsert proqramları təşkil olunub.

Tədbirlərdəki çıxışlarda bildirilib ki, Azərbaycan xalqı 30 ilə yaxın gözlədiyi qələbənin qürur və sevincini yaşayır. Artıq beş ildir, ölkənin mühüm bayramları sırasına 8 Noyabr - Zəfər Günü kimi daha bir möhtəşəm tarixi gün əlavə olunub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərin dövlət və xalqın yenilməzliyinin, məğrurluğunun dünyaya tanıdıldığı vurğulanıb.

"Cebheinfo.az" 

Chosen
15
3
cebheinfo.az

4Sources