EN

“Aston Villa” Morqan Rocerslə yeni müqavilə imzalayacaq

“Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers klubda qalacaq.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər artıq yeni müqavilə barədə razılığa gəlib.

23 yaşlı futbolçunun hazırkı müqaviləsi 2030-cu ilədək qüvvədə olsa da, yeni razılaşma 2031-ci ilə qədər uzadılacaq və futbolçunun maaşında əhəmiyyətli artım nəzərdə tutulur.

Premyer Liqanın bir neçə aparıcı klubunun marağına baxmayaraq, gənc futbolçu “Aston Villa” ilə qalmaq qərarına gəlib və yeni müqaviləni yaxın günlərdə imzalayacaq.

Cari mövsümdə Rocers bütün turnirlərdə 15 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Chosen
41
90deqiqe.az

1Sources