Cek Della Maddalena gələcəkdə Xamzat Çimayevlə döyüşmək istədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı döyüşçü öz çəki dərəcəsində (welterweight) hamını məğlub etdikdən sonra bu döyüşü arzuladığını söyləyib.
Qeyd edək ki, CDM növbəti həftəsonu kəmərini qorumaq üçün İslam Maxaçevlə üz-üzə gələcək. Hər iki döyüşçü 2016-cı ildən bəri məğlub olmur.