EN

NATO nüvə gücünü açıq nümayiş etdirəcək — Rut­te

NATO Baş katibi Mark Rut­te bildirib ki, alyans öz nüvə arsenalının gücünü nümayiş etdirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, o, Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bunu Rusiya və digər ölkələrin “təhlükəli və məsuliyyətsiz nüvə ritorikasına” cavab kimi xarakterizə edib.

Rut­tenin sözlərinə görə, NATO ölkələrinin vətəndaşları təhlükəsizliklərini sual altına almamalıdırlar:

“Heç bir panikaya səbəb yoxdur. NATO-nun nüvə caydırıcılığı bizim təhlükəsizliyimizin mükəmməl zəmanətidir.”

O bildirib ki, alyansın nüvə imkanları etibarlı, davamlı və tam işlək vəziyyətdə qalmalıdır.

Eyni zamanda Rut­te vurğulayıb:

“Atom müharibəsini heç vaxt qazanmaq olmaz və onu aparmaq da olmaz".

Müşahidəçilər hesab edir ki, bu bəyanat Qərbin nüvə strategiyasında daha açıq və sərt kommunikasiya mərhələsinə keçidi ifadə edir.

Musavat.com

Chosen
67
musavat.com

1Sources