EN

Tramp Putinlə görüş ehtimalından danışdı

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalına dair açıqlamasında “Hər zaman bir ehtimal var. 

"Çox yüksək bir ehtimal”, - deyə bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanı Ağ Evdə qəbul edən Tramp, jurnalistlərin suallarını cavablandırıb.

Tramp Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan, lakin sonradan ləğv edilən Tramp–Putin zirvəsinin baş tutma ehtimalı ilə bağlı “Hər zaman bir ehtimal var. Çox yüksək bir ehtimal”, - ifadəsini işlədib.

Olası görüşün Budapeştdə keçirilməsini istəyib-istəmədiyi sualına cavab olaraq Tramp deyib: 

“Macarıstanda, Budapeştdə keçirilməsini istərdim. Əvvəlcə bunun vacib bir şey olmayacağını düşündüyüm üçün etmək istəmədiyimi başa düşdüm. Amma əgər edəcəyiksə, Budapeştdə olmasını istərdim, bəli, yaxşı olar”.

ABŞ Prezidenti Tramp 16 oktyabrda sosial media hesabında verdiyi açıqlamada “Prezident Putin və mən, Rusiya ilə Ukrayna arasındakı bu utancverici müharibəni sona çatdırmaq üçün razılaşdığımız bir yerdə, Macarıstanın Budapeşt şəhərində görüşəcəyik”, - deyə bildirmişdi.

Xatırladaq ki, Ağ Evin 21 oktyabrda Tramp ilə Putin arasında yaxın zamanda zirvə görüşünün gözlənilmədiyini açıqlamasından sonra Tramp “Prezident Putinlə olan görüşü ləğv etdim, çünki mənə doğru gəlmədi”, - deyə bəyan etmişdi.

Chosen
55
cebheinfo.az

1Sources