EN

TDT Baş katibi Azərbaycanı təbrik edib

TDT
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. 1news.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasını, eləcə də ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin etmiş Azərbaycan xalqının və Silahlı Qüvvələrinin qəhrəmanlığını və birliyini qürurla anıram", - deyə paylaşımda qeyd edilib.

Chosen
21
30
1news.az

10Sources