EN

Yunanıstan səfirinin fəaliyyəti başa çatır

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistrianla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Görüş zamanı nazir Ceyhun Bayramov səfir Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Kristo Kapodistria öz növbəsində Yunanıstanın Azərbaycanda səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

XQ

Chosen
4
7
xalqqazeti.az

10Sources