EN

İsrailə təhvil verilən meyitin girovlardan birinə aid olduğu təsdiqlənib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən HAMAS və Fələstin İslami Cihadı tərəfindən İsrailə təhvil verilən meyitin girovlardan birinə məxsus olduğu təsdiqlənib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, meyitin kimliyinin müəyyənləşdirilməsi başa çatıb və onun israilli girov Lior Rudaeff olması məlum olub.

İsrailin hökumət orqanları hazırda 5 israilli girovun meyitinin Qəzza zolağında qaldığını bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi hökumətin girovların meyitlərinin qaytarılması üçün səyləri davam etdirəcəyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
4
apa.az

5Sources