EN

"Səidə, səni ailəndən uzaqlaşdırırlar ki..." - Brilliant Dadaşova (VİDEO)

Xalq artisti Brilliant Dadaşova müğənni bacısı qızı Səidə Dadaşovadan danışıb.

"Qonaqcanlı" verilişində qonaq olan sənətçi bildirib ki, bütün çətinliklərdə Səidənin yanında olub və yenə də onu tək qoymayacaq:

"Səidə çox təmiz, saf qızdır. Onu yönləndirmək, idarə etmək çox asandır. Bunu telefonla danışanda da özünə demişəm. Səidə, yanındakı insan səni ailəndən uzaqlaşdırır ki, səni "yemək" asan olsun. Amma onu bil ki, başına gələn bütün bəlalarda necə səninlə olmuşamsa, yenə də yanındayam. Yenə də dara düşsən, bil ki, gecə saat 4-də də olsa, bir telefon qədər yaxınındayam.

Səidənin anası, mənim bacım Sədaqət, onun uşağına baxdı, ətə-cana gətirdi. Hətta Rafael deyirdi ki, "Sədaqət, sənin şəkərin var. Birdən şəkərin düşər, özündə olmazsan, uşağa ziyan olar". Bağda uşağa tək baxırdı. Düzdür, köməkçi tutmuşduq, amma hərdən onun şəkəri çox düşürdü. Səidənin bu gün fəxr etdiyi insanlar həmin vaxt onun yanında deyildilər".

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. R.Dadaşov Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova ilə ailəli olub. Sədaqət və Səidə hazırda küsülüdür. 

Xalası Lalə Dadaşova bu yaxınlarda Səidə ilə bağlı qalmaqallı açıqlama verib. (Axşam.az)

Chosen
18
4
musavat.com

5Sources