EN

Paşinyan Sarkisyanın yazdığı məktubu dərc edəcəyini bildirib

“SS (Paşinyan Serj Sarkisyanı belə təqdim edib-red.) yenidən danışıqlar sənədlərindən söhbət açıb”.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın açıqlamasında səsləndirdiyi fikirlərə cavabında deyib.

Paşinyan qeyd edib ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb:

“Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb:

“Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib-red.) də xəbər edərsən”.

"Cebheinfo.az" 

Chosen
47
13
cebheinfo.az

10Sources