EN

“ŞUŞA”NI “TOPA TUTAN” AZƏRBAYCANLI “ERMƏNİBAŞLAR” “Üç ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basdılar...”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aslan KƏNAN

Firidun Şuşinskinin anadan olmasının 100 illiyi

“Əziz həmvətənlər, əziz bacı və qardaşlar!Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan

Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik olan qədim şəhərlərimizdəndir. Şuşanın füsunkar təbiəti hər kəsi heyran edir.

Uzun illər idi ki, bu füsunkar təbiəti olan Şuşa bura gələn qonaqları öz gözəlliyi ilə heyran edirdi. Əsrin dördə birindən çox işğal altında olan “Şuşanın dağları dumanlı” gözü yaşlı, könlü qubarlı idi. Azərbaycanın əyilməz sinvolu, Qafqazın konservatoriyası olsa da, doğma Şuşamız o zaman düşmən əlində əsir idi. İllər bir-birini əvəz etdikcə könlümüzdə olan bu qubar daha da ağırlaşırdı. Onun sağalmaz yarasına məlhəm qoymaq o qədər çətinləşmişdi ki, bu gözəl diyarın yarasına məlhəm tapmağa ümid gün-gündən azalırdı. Lakin necə deyərlər, sən saydığını say... Xalqımızın yenilməz igidləri nəyə qadir olduqlarını nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdilər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin artıq erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüzillik tarixinin ən möhtəşəm müjdəsini verdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladığını bəyan etməklə xalqın iradəsini bir daha nümayiş etdirdi.

Şuşanın tarixi haqqında bir çox məqalələr dərc olunmuş, kitablar nəşr edilmiş, bu ecazkar şəhərin tarixi haqqında filmlər çəkilmişdi. Lakin musiqi tarixinin yeganə və bənzərsiz tədqiqatçısı, görkəmli alim-musiqişünas, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin 1962-ci ildə qələmə aldığı “Şuşa” əsəri ondan əvvəl və sonra yazılmış əsərləri kölgədə qoymuşdu. Qeyd edək ki, Azərbaycan gözəli Şuşa haqqında sonralar qələm çalan yazarların əksəriyyəti məhz F.Şuşinskinin “Şuşa” əsərinə müraciət etmək məcburiyyətində qalır. Əsər sonralar müəllif tərəfindən təkmilləşdirilərək oxucuların ixtiyarına verilmiş ən yüksək səviyyəli ensiklopedik kitabdır.

F.Şuşinskinin ilk dəfə qələmə aldığı, Azərbaycan ədəbiyyatında mühüm bir hadisəyə çevrilən “Şuşa” əsəri 1962-ci ildə nəşr edilmişdi. Kitab rus dilinə tərcümə edilənə qədər oxucular, tarixçilər tərəfindən təqdir olunmuş, əsərə yüksək qiymət verilmişdi. Bu tarixi əsər artıq əl-əl gəzməyə başlamışdı.

Şuşanın tarixini geniş, əhatəli şəkildə araşdırmaq tədqiqatçınınən böyük istəyi idi. O, bu vüqarlı qalanın əzəməti, basılmazlığı ilə fəxr edirdi. Digər tərəfdən isə mənfur ermənilərin Şuşada və onun ətraf bölgələrində hansı tarixi səbəbdən məskən salmaları həmişə F.Şuşinskini düşündürmüş və bunu aydınlaşdırmağa çalışmışdı. Bunun nəticəsi idi ki, müəllif hələ universitetdə təhsil aldığı illərdə doğma Şuşanın tarixi haqqında sənədlər toplamaq üçün dövlətdən heç bir maliyyə yardımı almadan SSRİ-nin bir sıra şəhərlərinin arxivlərində, muzeylərində tədqiqatlar aparmışdı. Azərbaycana aid olanbir çox sənədləri ayrı-ayrı şəxslərdən əldə edən, bütün çətinliklərə sinə gərərək gecə-gündüz gərgin işləyən Firidun bəy məhz bu kitaba görə gələcəkdə onu nələr gözləyəcəyini fikrinə belə gətirmirdi. Hələ məlum deyildi ki,keçirdiyi yuxusuz gecələrin müqabilində “Şuşa” bir tərəfdən ona şöhrət gətirəcəksə, digər tərəfdən onu uzun müddət təqiblərə məruz qoyacaq...

“Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra kitabın bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİAli Sovetinin deputatı olan A.İ.Mikoyana çatdırılır. F.Şuşinski bu nadürüst dövlət xadimini şəxsən tanıyırmış, həmçinin münasibətləri də pis deyilmiş. Əsəri oxuyandansonra maskalanmış daşnakın müəllifə qarşımünasibətikəskindəyişir.MikoyanMoskvadavəzifədəoturanbir qrup erməni ilə birgə “Şuşa” əsərinə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbir görülməsini tələb edir. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının köpəklərindən olan general Andronik, Dro, Njde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da,kitab böyük hay-küyə səbəb olur.

Bu barədə F.Şuşinski yazırdı:

“..."Şuşa” kitabının üstündə mənim başım nələr çəkmədi. O zaman mən ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsirdilər. Bir neçə dəfə mənə sui-qəsd etdilər... Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular.

Ermənistanın “Pioner” qəzetindən tutmuş “Kommunist” qəzetinə kimi bütünmətbuatdaəleyhiməböhtanlarvəsöyüşləryağdıraraqmənierməni xalqının ən mənfur düşməni kimi qələmə verirdilər”.

Maraqlıdır ki, bu təhqirlər, hətta Livanın paytaxtı Beyrutdan da gəlirdi. Orda nəşr olunan “Hayastan” qəzeti də kitab müəllifi haqqında söyüş yazmaqla elə bil Ermənistanda yaşayan soydaşları ilə yarışa girmişdi. Hətta iş oyerə çatmışdı ki, F.Şuşinskinin boya-başa çatdığı ,hər zaman ona dayaq olacağını düşündüyü, torpağının hər qarışı üçün canından keçməyə hazır olduğu doğma Azərbaycanda da ermənilərin səsinə səs verən tapıldı. Təsadüfi deyil ki, vətənində azərbaycanlı “ermənibaşlar” həmin şəxslərin dəyirmanına su tökməkdən yorulmur, Firidun bəyə “burjua-millətçi”, “xalqlar dostluğunun düşməni” damğalarını vurmaqdan xəcalət çəkmirdilər. Bunun nəticəsi olaraq F.Şuşinskinin yazıları uzun zaman çap üzünə həsrət qaldı.

Bu da səbəbsiz deyildi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə Moskvadan gələn göstərişdə Firidun Şuşinskini cəzalandırılmasını tələb edilirdi.

Verilən göstərişin həyata keçməsi uzun sürmədi. Təcili olaraq 1969-cu il yanvar ayının 11-də Azərbaycan KP MK-da “Şuşa” kitabının müzakirəsində göstərilir:

“1968-ci ildə Respublika “Azərnəşr” nəşriyyatında şəhərin tarixindən, xalq mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, görməli yerlərindən bəhs etməyə cəhd edən “Şuşa” (müəllif F.Şuşinski, redaktoru A.Qasımova) kitabı işıq üzü görmüşdür. Lakin nəşriyyat rəhbərliyinin (direktor Q.Musayev, baş redaktor M.Əfəndiyev) kitabın buraxılmasına məsuliyyətsiz münasibəti nəticəsində kitab ciddi nöqsanlarla işıq üzü görüb. Kitabda ayrı-ayrı hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsinə sinfi yanaşma yoxdur; Qarabağ xanlarının, bəylərinin, həkimlərinin və çar hərbi rəhbərlərinin rolunu ideallaşdırır. Tarixi faktlar, hadisələr, ayrı-ayrı şəxslərin həyat və fəaliyyəti əksər hallarda Azərbaycanın bütün tarixindən təcrid olunmuş şəkildə nəzərdən keçirilir, kütlənin rolu azalır. “Şuşa” kitabı təmayüllü, paraloqizim (səhv mühakimə) ruhunda, aşağı elmi və ədəbi səviyyədə yazılmış, lazımsız təfərrüat və tərcümeyi-hallarla zəngindir.

Hələ kitab çap olunmamışdan əvvəl əlyazmadakı ciddi səhvlər və çatışmazlıqlar Respublika Elmlər Akademiyasının Tarix İnstitutundan nəşriyyata göndərilən məktubda və rəydə qeyd olunurdu. Sonralar Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsi nəşriyyat tərəfindən çap üçün imzalanmış nüsxələrə baxarkən “Şuşa” kitabında da xeyli səhvlərə yol vermişdi. Lakin nəşriyyatın əməkdaşları bu tövsiyə və göstərişləri mahiyyətcə nəzərə almayıblar”.

Daha sonra “Şuşa” kitabının məsələsi Azərbaycan KP MK Bürosunda baxılmağa verilir. MK-nin bürosu yeni arayış hazırlamalı olur. MK-nin təlimatçısının hazırladığı arayışda deyilir ki, Qlavlit “Şuşa” kitabı işıq üzü görməzdən əvvəl onun səhifələrinin nüsxələrini təbliğat və təşviqat şöbəsinə təqdim etdi.

“Şöbə rəhbərliyi tərəfindən mənə tapşırılıb ki, materialla tanış olub, bu barədə öz fikrimi bildirim.

Şərhlərim şöbə müdirinin diqqətinə çatdırıldı və onun göstərişi ilə “Azərnəşr” nəşriyyatının direktoru yoldaş Q.Musayev (Qılman İlkin – A.K.) çağırıldı və o, onlarla tanış oldu. Bütün şərhlərimizi indi xatırlamaq çətindir, çünki onlar şifahi şəkildə deyilmiş və yoldaş Q.Musayevə verilmiş qeydlərin surətləri itmişdir. Lakin kitabla bağlı fikrimi Q.Musayevə bildirdim, sonra bizi şöbə müdiri yoldaş T.Əliyev (Teymur Elçin - A.K.) dəvət etdi və o, yenə də müşahidə etdiyi nöqsanları qeyd etdi.

Beləliklə, yoldaş Q.Musayevə bir sıra şərhlər edildi, o cümlədən aşağıdakılar:

1. Qarabağın xan və bəy nəsillərinin həddən artıq təriflənməsi, İbrahim Xəlil xanın müfəssəl ailə salnaməsi tamamilə lazımsızdır və kitabın bu hissəsi minimuma endirilməlidir. Həmçinin, atçılıqla məşğul olan, torpaq sahələrinə, tut plantasiyalarına malik olan zadəgan ailələrinin, müəllifin fikrincə, xeyriyyəçilik və rifah məqsədləri üçün külli miqdarda pul bağışlayan tacirlərin siyahısını çıxarmaq lazım idi.

2. Abzası silin və ya redaktə edilsin: “Qeyd etmək lazımdır ki, Qarabağ xanlığının tarixindən və İbrahim xanın həyatından, onun Azərbaycan tarixində oynadığı roldan bəhs edən yazıçılar arasında düzgün mövqeni yalnız Yusif Vəzir tutur” (yazıçı Çəmənzəminli - A.K.) və s.

3. Məşhur şuşalıların siyahısını nəzərdən keçirin və Şuşada yaşamayan və yalnız anadangəlmə şəhərə qohum olan insanların tərcümeyi-hallarını bu nəşrə daxil etməyin. Çar zabitlərinin xidmətlərindən bəhs edən hissələri kəsin və türk qoşunları ilə döyüşlərdəki səhnələri tamamilə silin.

4. Kitabda sadalanan şəxslərin bütün şəkillərini vahid ölçüyə gətirin və onları ciddi ardıcıllıqla düzün.

5. Kitabı konkret bir şəxsə həsr etmək, ona müasir partiya və dövlət xadimlərinin tərcümeyi-hallarını daxil etmək yersizdir.

6. Şuşa istirahət evində istirahət edənlərin ifadələri və onun arıxanası, təsərrüfat və digər yardımçı təsərrüfatlarının təsvirləri istisna olunsun.

7. Şuşanın həyatında sovet dövründən əvvəlki ləzzətlərin təsvirində həddindən artıq həvəsi aradan qaldırmaq, Azərbaycanın mədəniyyət, ədəbiyyat və incəsənət tarixinə dair faktları aydınlaşdırmaq üçün kitabı üslubi və tarixi baxımdan yenidən redaktə etmək.

Şuşanın bütöv Azərbaycanla əlaqəsi olmadan ayrıca hesab edildiyi məqamları aradan qaldırın. Bu iradların heç biri nəşriyyat tərəfindən nəzərə alınmayıb və kitab düzəliş edilmədən çapa imzalanıb və çap olunub.

Azərbaycan KP MK-nın təbliğat və

təşviqat şöbəsinin təlimatçısı

İ.Axundov”

1. “Azərnəşr” nəşriyyatının direktoru və baş redaktoru yoldaşlar Q.Musayev və M.Əfəndiyev “Şuşa” kitabının nəşrinə məsuliyyətsiz münasibət göstərdiklərinə görə.

2. Azərbaycan SSR Nazirlər Sovetinin Mətbuat üzrə Dövlət Komitəsi (yoldaş İ.Nəzərov.) bu məsələni kollegiya iclasında müzakirə etsin və ədəbiyyatın hazırlanması və nəşri, istehsal olunan çap məhsullarının yüksək ideya-siyasi, elmi və ədəbi-bədii səviyyəsinin təmin edilməsi üçün nəşriyyat işçilərinin məsuliyyətinin artırılması üçün ciddi tədbirlər görsün.

3. F.Şuşinskinin “Şuşa” kitabının ciddi ideoloji və elmi səhvlərini göstərərək, onun icmalı respublika mətbuatında dərc edilsin.

4. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsi respublikada nəşriyyatların işinə və ədəbiyyatın nəşrinə nəzarəti gücləndirsin.

“Şuşa” kitabı haqqında məruzə etmək üçün söz Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı İ.Axundova verilir:

Məruzəçinin arayışından məlum olur ki, əsərdə sənədlərə arxalanıb həqiqəti yazmaq əvəzinə, partiyanın götürdüyü kursla hərəkət edilməli idi. Bunun üçün də İbrahim Xəlil xan, sərkərdələr Fərhad bəyin, Fərəc bəyin igidliklərindən, Xurşid Banu Natəvanın xeyirxah işlərindən, Qarabağ atlarının dünya şöhrətindən yazmaq əvəzinə, partiya xadimləri S.Orconikidze, N.Nərimanov və başqalarının Qarabağda sovet hakimiyyətinin möhkəmlənməsi göstərilsəydi, daha məqsədəuyğun olardı.

Daha sonra məruzəçi “məsləhət” bilir ki, ümumiyyətlə məşhur şuşalıların siyahısı nəzərdən keçirilsin və Şuşada yaşamayanlar bu nəşrə daxil edilməsin. Xüsusilə çar zabitlərinin xidmətlərindən bəhs edən hissələri kəsilsin və türk qoşunları ilə döyüşlərdəki səhnələr tamamilə silinsin. Azərbaycan MK-nin katibliyinə təqdim olunmaq üçün bu yuxarıda qeyd etdiyimiz arayışlar azmış kimi MK-nin şöbə müdiri T.Əliyev tərəfindən yeni bir arayış hazırlanır.

“1968-ci ildə “Azərnəşr” nəşriyyatı “Şuşa” kitabını (müəllifi F.Şuşinski, redaktoru A.Qasımova) buraxmışdır. Kitabda çoxsaylı məlumatlar, ifadələr, faktlar var və müxtəlif mənbələrdən istifadə olunub. Oxucuların diqqətinə layiq çoxlu maraqlı faktlar və epizodlar var. Müəllif Şuşa haqqında mövcud olan materialları sistemləşdirməyə, oxucularda şəhərin iranlı işğalçılardan qəhrəmancasına müdafiəsi, Şuşa bolşevik təşkilatının mütərəqqi hakimiyyətə qarşı apardığı gizli mübarizə, Kommunist Partiyasının görkəmli xadimləri S.Orconikidze, N.Nərimanov və başqalarının Qarabağda sovet hakimiyyətinin möhkəmləndirilməsində, Şuşa şəhərinin son illər Sovet hakimiyyətinin inkişafı kimi Qarabağda iştirakı haqqında təsəvvür yaratmağa çalışır.

Lakin yuxarıda qeyd olunan bütün bu xoş niyyətlər kitabın müəllifinin buraxdığı və redaktorun gözdən qaçırdığı çoxsaylı nöqsanlar və səhvlər arasında idi.

“Əvvəla, “Şuşa” kitabında ayrı-ayrı hadisələrin, şəxsiyyətlərin qiymətləndirilməsinə sinfi yanaşma yoxdur; Qarabağ xanlarının, bəylərinin, hakimlərinin, çar hərbi başçılarının rolunun ideallaşdırılması var. Belə ki, müəllif kitabın lap əvvəlində Şuşanın banisi Pənah xanın xidmətlərini yüksək qiymətləndirir, onun tərcümeyi-halını, xan nəslinin tarixindən geniş məlumat verir, onun dövlətçilik və hərbi şücaətlərindən həvəslə bəhs edir. Kitabın müəllifi bununla kifayətlənmir və oxuculara Pənah xanın oğlu İbrahim Xəlil xanı müdrik, xeyirxah, uzaqgörən hökmdar, istedadlı dövlət xadimi və sərkərdə kimi təqdim edir. F.Şuşinskinin fikrincə, İran şahı Qacarın qoşunları üzərində qələbə qazanan məhz onun vəziri İbrahim Xəlil xan və bir neçə başqa saray knyazları olmuşdur. Kitabın müəllifi şəhəri müdafiə etmək üçün qan tökənlər, onu əslində məhv olmaqdan xilas edənlər və xalq kütlələri haqqında sadəcə olaraq susur. Kitabda məmlük Napoleon Rüstəmin, sərkərdələr Fərhad bəyin, Fərəculla bəyin, generallar Mədətov, Fərəc bəy Ağayevin və başqalarının “igidliklərini” təsvir etməyə çox yer ayrılmışdır. Daha sonra 34-cü səhifədə Qarabağ atlarından bəhs edən müəllif adi insanlardan, at yetişdirənlərdən susur, damazlıq fermalarının sahiblərini tərifləyir.

Ümumiyyətlə, kitabın əhəmiyyətli bir hissəsi məşhur zadəgan, tacir və digər zadəgan ailələrinin şəcərəsinə həsr olunub. Şuşa şəhərin yarandığı gündən Azərbaycanda sovet hakimiyyətinin qələbəsinə qədərki həyatının necə təsvir olunmasından belə çıxır ki, bura əsl cənnət olub, kasıb və möhtac insan olmayıb, sinfi qarşıdurma olmayıb; zəngin ailələr öz sərvətlərini kasıblarla bölüşdürür, su boruları, məktəblər, xəstəxanalar tikdirir, şəhəri abadlaşdırır və s. Marinski qızlar məktəbinə 100 min rubl, rus-tatar məktəbinə 100 min rubl, kasıb və yetim uşaqlarına isə 100 min rubl. Eyni zamanda, məzlum və hüquqlarından məhrum edilmiş kəndli və sənətkarların hakim siniflərin nümayəndələri tərəfindən istismarı haqqında bir kəlimə də olsun qeyd ediməyib.

“Azərnəşr” nəşriyyatı və onun rəhbərliyi “Şuşa” kitabını ciddi ideoloji, elmi və ədəbi qüsurlarla çap etməklə siyasətsizlik və məsuliyyətsizlik nümayiş etdirdilər”.

Ağrıdıcı haldır ki, Azərbaycan xalqının çörəyini yeyib, tarixinə ləkə vuran, onu təhqir etməkdən həya etməyən nadürüst, dələduz Zori Balayan “Ocaq” adlı iftira dolu kitabını nəşr etdirəndə nədənsə o zaman bizim “ziyalılarımız” buna heç bir reaksiya verməmiş, etirazlarını bildirənlər isə susdurulmuşdu. Bunun müqabilində də həmin erməni dələduzu Ermənistanın qəhrəmanı kimi təqdir olunmuşdur. Lakin günahsız qanlar tökmüş, simasızlıqda ad qazanmış ,türkdünyasının qatı düşmənləri–general Andronik, Dro, Njde vəTevanın quldur dəstələrinə qəzəbini gizlətməyən Firidun bəyə qarşı “səlib yürüşü” etmişdilər.

F.Şuşinski kitabda türk xalqının qatı duşməni Andronikə öz nifrətini kəskin şəkildə bildirir, satqın hərəkətlərinə görə qulağının kəsildiyini də xatırladır. Bu səbəbdən də ona “tayqulaq bandit”, “qulağıkəsik Andronik” deyildiyini də yazır.

Müəllifin bu sətirləri yazmaqda məqsədi həmin ərəfələrdə Andronikin İrəvanda heykəlini qoymağa hazırlaşanlara qarşı bir etiraz səsi idi. Bunun müqabilində özümüzünkülər yazılarına qadağa qoyub, F.Şuşinskiyə“xalqdüşməni”adıverərək onun məsələsini Mərkəzi Komitənin plenumuna çıxarmağa müvəffəq olmuşdular. Plenuma qoyulan məsələdə göstərilir ki, Firidun Şuşinski Androniki ifşa etməklə, guya, millətlərarası ədavəti qızışdırır və ona görədə “Şuşa” kitabının bütün tirajı məhv edilməlidir. Plenumdan bir qədər sonra bəzi üzdəniraq “tarixçilər”imiz mətbuat səhifələrində çıxış edərək A.İ.Mikoyana xoş gəlsin deyə, “Şuşa” kitabını insafsızcasına “tənqid” atəşinə tutmuşdular.

MK-nın bu iclasından bir neçə gün sonra özlərini tarixçi hesab edən üzdəniraq “alimlər”dən Şərifli, F.Əliyev, Oqtay Əfəndiyev Moskva ermənilərinə və İrəvan daşnaqlarına xoş gəlməkdən ötrü birləşərək “Bakinski raboçi” qəzetində “Şuşa” əsərini insanlığa sığışmayan şəkildə qeyri-obyektiv “tənqid” atəşinə tutmuşlar. Bu yerdə dahi şairimiz Mirzə Ələkbər Sabirin misraları yada düşür:

Kimnədeyərbizdəolanqeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!...

Qeyd edək ki, MK-nın bürosunda kitabı müdafiə edənlər də var idi. Əgər Əlövsət Quliyev, Ənvər Şükürzadə, Cəmil Quliyev, Mahmud İsmayılov, İsmayıl Hüseynov və başqaları kimi Azərbaycanın qeyrətli tarixçiləri Firidun Şuşinskinin bu əsərinə yüksək qiymət verməklə yanaşı müəllifə qarşı haqsız ittihamlara son qoyulmasına çağırırdılar.

Həmin illərdə Ulu Öndərin kitab haqqında fikirləri daha maraqlıdır:

«...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az iş görməmişəm. Xüsusilə, Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmin kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı".

Beləliklə, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə bu qeyrətli tədqiqatçı-alimin təqib olunmasına son qoyuldu. Sonralar Firidun bəy etiraf edirdi ki, Heydər Əliyev olmasaydı bu qarğa-quzğunlar, az qala onun dərisini soyacaqdılar. Yeri gəlmişkən onu da qeyd etmək istərdik ki, Heydər Əliyev Firidun bəyin yaradıcılığına qayğı ilə yanaşmış və onu qərəzli hücumlaradan müdafiə etmişdir..

Həmin illərdə Moskva Dövlət Universitetinin professoru Əziz Şərif qocaman jurnalist Qulam Məmmədliyə yazdığı məktubunda bu əsərə olan hücumlar barədə öz etirazını bildirirdi:

“Mən Firidun Şuşinskinin kitabına baxmışam. Onu tənqid edənlər bacarsınlar, bir elə kitab meydana qoysunlar. Belə tədqiqatçılar qüsursuz olmaz, lakin qüsurları düzəltmək olar. Mən Firiduna vaxtilə öz “sağ ol”umu demişəm. Ancaq bu işin mütəxəssisi olmadığım üçün mətbuatda bir şey yazmamışam".

Təəssüflə qeyd etmək istərdim ki, bu günə qədər “Şuşa” əsəri bütöv şəkildə dövlət səviyyəsində latın əlifbası ilə işıq üzü görməyib. İnanmaq istərdik ki, görkəmli musiqi tədqiqatçısı, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin anadan olmasının 100 illiyi münasibəti ilə hər cür təqiblərə məruz qalmış “Şuşa” əsəri, nəhayət ki, öz layiqli qiymətini alacaq.

Son­da qeyd edək ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın vit­se-pre­zi­den­ti, Hey­dər Əli­yev Fon­du­nun Pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­nın tə­şəb­bü­sü ilə ya­ra­dı­lan “Bey­nəl­xalq Mu­ğam Mər­kə­zi” Fi­ri­dun Şu­şins­ki­nin ən böyük ar­zu­la­rın­dan bi­ri idi. Bu gözəl məkan olan, “Beynəlxalq Mu­ğam Mər­kə­zi” şə­hə­ri­mi­zin mər­kə­zin­də yer­lə­şir. Se­vin­di­ri­ci hal­dır ki, hər bu­ra gələn şəxslər XIX-XX əsr­lə­rin mu­ğam ifa­çı­la­rı ilə “rast­la­şır”. Ağ mər­mə­rə “bü­rün­müş” bu sə­nət­kar­la­rın xal­qı­mız tə­rə­fin­dən ta­nın­ma­sın­da Fi­ri­dun Şu­şins­ki­nin əvəz­siz xid­mət­lə­ri ol­muş­dur. Yax­şı olar­dı ki, öm­rü­nün 40 ili­ni bu unu­dul­maz sə­nət­karla­rın hə­yat və ya­ra­dı­cı­lı­ğı­na sərf et­miş, anadan olmasının 100 illiyini qeyd etdiyimiz Fi­ri­dun Şu­şins­ki­nin büs­tü də hə­min us­tad sənət­kar­la­rın ya­nın­da qoyulaydı. Axı F.Şuşinski bu ustad sənətkarları xalqımıza tanıtmasaydı, yəqin ki, Beynəlxalq Muğan Mərkəzini o büstlər bəzəməyəcəkdi. Həmçinin yubiley ərəfəsində Şuşa şəhərində F.Şuşinskinin adına küçə, Bakıda yaşadığı binanın qarşısında xatirə lövhəsi vurulaydı. Bu ar­zu xal­qı­mı­zın hər bi­ri­nin ürə­yin­dən olar­dı. Bu­na onun haq­qı da çatır.

Necə deyərlər:

Gedən bizdən gedir,

Gələn bizə gəlmir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
azpolitika.info

1Sources