EN

Onlar bu barədə razılığa gələnə qədər şəhəri tərk etməməlidir - Tramp

Amerika Birləşmiş Ştatları Senatının üzvləri şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir.

Publika.az xəbər veirr ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Onlar razılığa gələ bilməsələr, Respublikaçılar Partiyasının təmsilçiləri dərhal filibasteri ləğv etməlidir”, - deyə Tramp bildirib.

Qeyd edək ki, filibaster ABŞ Senatında tətbiq olunan bir parlament prosedurudur və bu, azlıqda olan senatorlara bir qanun layihəsinin qəbulunu gecikdirməyə və ya tamamilə dayandırmağa imkan verir.

Chosen
30
3
publika.az

7Sources