EN

Angelina Colinin Ukraynada saxlanılan sürücüsündən xəbər var

Hollivud ulduzu Ancelina Colinin kortejindəki sürücülərdən biri olan Dmitri Pişçikov Ukrayna ordusuna cəlb olunduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, o, bu barədə "TSN" televiziya kanalına açıqlama verib.

Pişçikovun sözlərinə görə, o, yoxlama məntəqəsində saxlanılıb və hərbi tibbi komissiyanın son tibbi rəyi də daxil olmaqla bütün sənədləri qaydasında olsa da, "təfərrüatları dəqiqləşdirmək üçün" hərbi komissarlığa getməsi istənilib.

"Plan belədir: təlimi başa vurmaq və orduda xidmət etmək", - deyə o bildirib.

Sürücü özünü yaxşı hiss etdiyini, lakin hərbi komissarlıq zabitlərinin yoxlama məntəqəsində və həbsdən sonrakı hərəkətlərindən qəzəbləndiyini qeyd edib.

Chosen
8
5
publika.az

6Sources