EN

“SÉ™idÉ™, sÉ™ni ailÉ™ndÉ™n uzaqlaÅŸdırırlar ki..." - Brilliantdan bacısı qızına

Xalq artisti Brilliant Dadaşova müğənni bacısı qızı Səidə Dadaşovadan danışıb.

Ölkə.az xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi bildirib ki, bütün çətinliklərdə Səidənin yanında olub və yenə də onu tək qoymayacaq:

"Səidə çox təmiz, saf qızdır. Onu yönləndirmək, idarə etmək çox asandır. Bunu telefonla danışanda da özünə demişəm. Səidə, yanındakı insan səni ailəndən uzaqlaşdırır ki, səni "yemək" asan olsun. Amma onu bil ki, başına gələn bütün bəlalarda necə səninlə olmuşamsa, yenə də yanındayam. Yenə də dara düşsən, bil ki, gecə saat 4-də də olsa, bir telefon qədər yaxınındayam.

Səidənin anası, mənim bacım Sədaqət, onun uşağına baxdı, ətə-cana gətirdi. Hətta Rafael deyirdi ki, "Sədaqət, sənin şəkərin var. Birdən şəkərin düşər, özündən olmazsan, uşağa ziyan olar". Bağda uşağa tək baxırdı. Düzdür, köməkçi tutmuşduq, amma hərdən onun şəkəri çox düşürdü. Səidənin bu gün fəxr etdiyi insanlar həmin vaxt onun yanında deyildilər".

Qeyd edÉ™k ki, SÉ™idÉ™ mÉ™rhum Xalq artisti Rafael DadaÅŸovun qızıdır. R.DadaÅŸov Xalq artisti Brilliant DadaÅŸovanın bacısı, aktrisa SÉ™daqÉ™t DadaÅŸova ilÉ™ ailÉ™li olub. SÉ™daqÉ™t vÉ™ SÉ™idÉ™ hazırda küsülüdür. 

Xalası Lalə Dadaşova bu yaxınlarda Səidə ilə bağlı qalmaqallı açıqlama verib.(axsam.az)

Chosen
7
4
olke.az

5Sources