EN

Ölkədə dörd günlük tətil başladı

Bu gündən dörd günlük tətil başlayıb.
BUTA.TV xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.
Chosen
10
33
buta.tv

10Sources