Formula 1 həyəcanı Braziliyada davam edir.

Offsideplus.az xəbər verir ki, az əvvəl sabahkı sprint yarışının təsnifat mərhələsi baş tutub.

Lando Norris tək dövrədə hamıdan sürətli olub. O, sabahkı qısa yarışa hamıdan öndə başlayacaq. 

2-ci yeri "Mersedes"in gənc pilotu Kimi Antonelli tutub. 3-cü yeri isə "Maklaren"in digər sürücüsü Oskar Piastrinin olub.

Maks Ferstappen altıncılıqla kifayətlənməli olub.

Sprint yarışı sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.