EN

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki, “Al Janadryah”dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Xatırladaq ki, turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Ölkəmiz yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.

Chosen
36
24
nocomment.az

10Sources