EN

“Bu söhbəti bağlayaq, qışa qədər dözməliyik” Kaxaber Sxadadze

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Misli premyer-liqasının 11-ci turunda “Qəbələ” evdə “Sumqayıt”a məğlub oldu - 0:2.“Football-plus.az” “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.- “Sumqayıt”ı təbrik edirəm. Nəsə demək çətindi. Azarkeşlərdən üzr istəyirəm. Hər halda, məşqçi günahkardı. Qol şanslarından yararlana bilmirik. Başa düşə bilmirəm ki, elə epizodda necə əllə oynamaq olar. Hər dəfə bir-iki kobud səhv oyunun taleyini həll edir. Mən heç kimdən zəif görünmək istəmirəm.- Futbolçular haqda demişdiz ki, premyer-liqa səviyyəsində deyillər. Bunu futbolçular da eşidib. Onları necə motivasiya edirsiz?- Mən bu sözləri ehtiyatda olan futbolçular haqda demişəm. Premyer-liqa təcrübələri çatmır. Səviyyə yox, təcrübə çatmır demişəm. Domi 1-ci liqada bombardir olub. Futbolçuların, sadəcə, elita təcrübəsi çatmır. 18 yaşda oynayırsansa, bundan böyük motivasiya ola bilməz. Baxış elə olmalıdı ki, özünüzü öldürməlisiz. Məşqçi18 yaşında səni oyuna çıxarır.- Asif Məmmədovun fiziki durumu nə yerdədi?- O klubumuzun əfsanəsidi. Məşqçilər korpusunda bizə kömək edir. Yaxşı oğlandı.- Əvvəl qol vurub uduzurduz, indi qol vurmaq da alınmır…- Məni narahat edir. Nə qədər qol vəziyyəti yaradırıq. Yaratmasaydıq, bu bizi narahat edər. Saşa İliç də komandamız haqda nə qədər yaxşı sözlər dedi. Prins 5 metrdən ötürmə verə, Domi boş qapıya düşə bilmədi.- Mövsümün əvvəlində bu durumda olacağınızı düşünürdüz?- Təbii ki, yox. Amma hədəfimiz elitada qalmaq idi. Nəyisə atıb getmək asandı. Söz vermisənsə, əməl etmisən. Bir daha azarkeşlərdən üzr istəyirəm. Qışda güclənməliyik.- Hər konfansda deyirsiz ki, futbolçularda təcrübə yoxdu. Axı yayda heyəti siz qurmusuz. İki təcrübəli futbolçu var - Səlahət və Murad.- Razıyam. Amma bu məsələyə toxunmuşam. Bu söhbəti bağlayaq, qışa qədər dözməliyik.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
2
icma.az

3Sources