Keniya prezidenti Uilyam Ruto qeyri-qanuni yollarla Rusiya tərəfinin müharibəyə cəlb etdiyi keniyalıların azad edilməsində göstərdiyi köməyə görə Ukrayna prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kebiya prezidenti X sosial şəbəkəsində yazıb.
O, bildirib ki, bu barədə ukraynalı həmkarı ilə telefonda danışıb: “Ukraynadakı müharibədə döyüşmək üçün qeyri-qanuni cəlb edilmiş gənc keniyalılarla bağlı narahatlığımızı bildirdik və bu cür avantüraların təhlükələri barədə ayıq-sayıqlığın artırılması fikri ilə razılaşdıq. Mən prezident Zelenskiyə Ukraynada saxlanılan istənilən keniyalının azad edilməsinə köməklik göstərməsi xahişi ilə müraciət etmişdim. Mən müraciətimi təmin etdiyi üçün ona minnətdaram”.
“İnterfaks-Ukrayna” xəbər verib ki, Keniya prezidenti bu ayın sonunda Ukraynanın ev sahibliyi etməyi planlaşdırdığı Ukrayna Qida Sammitinə dəstəyini ifadə edib.
Agentlik qeyd edib ki, iki prezident arasında söhbət noyabrın 6-da baş tutub.
Xatirə SADİQ