EN

Messi Türkiyə liqasında çıxış edə bilər

Argentinalı superulduz Lionel Messinin adı gözlənilməz şəkildə “Qalatasaray” ilə hallanır.

Fanat.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, menecerlər Messini İstanbul təmsilçisinə təklif ediblər.

ABŞ-ın MLS liqasında qış fasiləsi yaxınlaşdığı üçün argentinalı futbolçunun 4 aylığına “Qalatasaray”da icarəyə çıxış edə biləcəyi bildirilir.

Məlumata əsasən, “Qalatasaray”ın skaut bölməsi artıq Messinin vəziyyətini yaxından izləyir.

Xəbəri tanınmış jurnalist Zeki Uzunduruqan yayıb.

Kamil Xudiyev

Chosen
14
1
fanat.az

2Sources