EN

Kallasdan rusiyalılara gözdağı – “Bunu edə bilməzsiniz”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas rusiyalılara Şengen vizalarının verilməsi qaydalarının sərtləşdirilməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Müharibə başlamaq və Avropada sərbəst hərəkət edə biləcəyini gözləməyə haqq qazandırmaq çətindir. Aİ öz ərazisində davam edən dron insidentləri və təxribat fonunda Rusiya vətəndaşlarına viza qaydalarını sərtləşdirir. Aİ-yə səyahət üstünlükdür, mövcudluq deyil”, – deyə Kallas əlavə edib.

Xatirə SADİQ

Chosen
18
nocomment.az

1Sources