Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərin səsi” adlı “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyun təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və Ordumuzun şücaətinin təntənəsidir. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan tarixində yeni bir mərhələ açıb. Həmçinin “Zəfərin Səsi” adlı intellektual oyunun əməkdaşlarda bilik və komanda bacarıqlarının inkişafına xidmət etdiyini qeyd edib.
İntellektual yarışda nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarından ibarət dörd komanda iştirak edib.Oyun iki turdan ibarət olub. Hər turda 15 sual olmaqla, ümumilikdə 30 sual təqdim edilib. Komandalar cavablarını yazılı şəkildə təqdim edib və hər düzgün cavab 1 balla qiymətləndirilib. Yarışın sonunda nəticələr hesablanaraq qaliblər müəyyən olunub.
İntellektual oyunun qalibi “Naxçıvanpoçt” MMC-nin əməkdaşlarından ibarət “Npoçt” komandası olub. Qalib komanda hədiyyələrlə mükafatlandırılıb, bütün komanda üzvlərinə isə iştirakına görə Təşəkkürnamələr təqdim edilib.
Tədbirin sonunda “Şəhidə məktub” adlı videoçarx nümayiş etdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.