Prodüser Təranə Səmədovanın cəza müddəti azaldılıb.
Məsələ ilə bağlı aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb.
O bildirib ki, T.Səmədovanın azadlığa çıxması üçün yenidən məhkəməyə müraciət edəcəklər:
"Təranə Səmədova yenidən həbsxanaya qayıtdı. Amma bu o demək deyil ki, uduzduq. Təranənin həbs müddəti azaldıldı. 6 illik həbs müddəti 5 ilə salındı. Amma bundan da yaxşı olacaq. Təranə yaxın günlərdə azadlığa çıxa bilər".
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il müddətində azadlıqdan məhrum edilmişdi./Yeni Sabah