EN

Pəncəli Teymurovun ruhu bu təltiflə qürur duyur

Əziz dostlar, dəyərli həmvətənlər və seçicilər!

Ölümündən 9 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adı dillər əzbərinə çevrilmiş, Qoca Qurd ləqəbli Pəncəli Teymurov bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edildi.

Pəncəli Teymurovun qəhrəmanlığı təkcə döyüş meydanında göstərdiyi şücaət ilə deyil, həm də ailəsinin, doğmalarının və onu tanıyanların həyat tərzində yaşatdığı mənəvi dəyərlərlə daim xatırlanır. Onun ailəsi bu illər ərzində yalnız bir şəhid ailəsi kimi deyil, həm də Vətənə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın və nəsillərə örnək olmağın simvoluna çevrilmişdir.

Mən, bir vətəndaş və bir azərbaycanlı kimi, Pəncəli Teymurovun nurlu xatirəsi qarşısında baş əyir, onun əziz anasını, ailəsini, doğmalarını və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Təəssüf ki, onun atası bu günü görə bilmədi, amma əminəm ki, ruhu bu təltiflə qürur duyur.

Bizim bütün şəhidlərimiz – ürəklərimizin qəhrəmanlarıdır. Onların ruhu qarşısında ehtiramla baş əyirik və arzu edirik ki, Azərbaycan heç zaman bir daha müharibə acılarını yaşamadan, məhz onların mübarizliyindən, iradəsindən və sevgisindən güc alaraq daha da möhkəmlənsin.

Ruhlarınız şad olsun,  Azərbaycan Xalqının Qəhrəman Oğulları 

Rəşad Mahmudov
Milli Məclisin deputatı

Chosen
60
sabahinfo.az

1Sources