Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Kənan Əlihüseyn oğlu Seyidova
general-mayor Ağamir Əzizxan oğlu Sultanova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə
polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə
polkovnik Anar Tofiq oğlu Hüseynova
polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova
“kontr-admiral” ali hərbi rütbəsi
1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.