EN

Köpəkbalığı sörfçüyə hücum etdi

Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki,hadisə zamanı kişi Pine Trees sörf zonası yaxınlığında sörf edirmiş. Sörfçü çoxsaylı xəsarətlər almasına baxmayaraq sahilə çatmağı bacarıb. Xilasedicilər ona dərhal ilkin tibbi yardım göstərib və daha sonra Wilcox Tibb Mərkəzinə aparıblar. Hakimiyyət orqanları körfəzdəki bütün çimərlikləri üzmək və sörf etmək üçün növbəti xəbərdarlığa qədər bağlayıb. Mütəxəssislər qeyd edirlər ki, köpəkbalığının növü və ölçüsü hələ müəyyən edilməsə də, Havay sularında hücumların əksəriyyəti pələng köpəkbalıqları ilə bağlıdır.

 

Chosen
101
Ajans.az

1Sources