İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Ruben Amorim ilk dəfə bu mükafatın sahibi olub.
Onun komandası ötən ay 3 görüş keçirib və hamısında qələbə qazanıb.
"Qırmızı şeytanlar" hazırda 17 xalla 8-ci yerdədir.
Qeyd edək ki, Ruben Amorim ötən ilin oktyabrından "mankunianlar"ı çalışdırır.