EN

"İlham Əliyevin qərarları tək ölkədə deyil, Qərb siyasi dairələrində də rasional dövlət davranışının nümunəsi kimi qəbul edilir" - AÇIQLAMA

"İlham Əliyevin qərarları tək ölkədə deyil, Qərb siyasi dairələrində də rasional dövlət davranışının nümunəsi kimi qəbul edilir" - AÇIQLAMAABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib.

Bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb.

Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.

Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və "ona artıq heç nə lazım deyildi".

ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.

"ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Prezident İlham Əliyev barədə səsləndirdiyi fikirlər, əslində, Azərbaycanın regional siyasətdə qazandığı strateji etimadın təzahürüdür", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Uitkoffun vurğuladığı "heyrətamiz qərar" ifadəsi, münaqişənin həllində gücdən çox siyasi rasionalizmin rolunu qabardır. İlham Əliyevin liderliyinin mahiyyəti də məhz budur – qələbəni emosional deyil, məqsədyönlü və hüquqi əsasda təmin etmək. Qarabağ məsələsində əldə olunan nəticə təsadüf yox, uzun illər planlı və ardıcıl strategiyanın nəticəsidir.

Tramp–Əliyev dialoqunun detalları göstərir ki, Azərbaycan Prezidenti beynəlxalq mühitdə qərarlarını qlobal güclərin maraqları ilə toqquşdurmadan, amma milli maraqları qoruyaraq verir. Bu, rasional və çoxvektorlu diplomatiyanın nümunəsidir. Əliyevin "bizə artıq heç nə lazım deyil" cavabı, regional balansı pozmadan milli məqsədlərin tam reallaşdırıldığını nümayiş etdirir. Müharibədən sonra hərbi əməliyyatları dayandırmaq qərarı həm geosiyasi sabitliyin, həm də Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin göstəricisidir.

Bu yanaşma Azərbaycanı postmünaqişə dövründə etibarlı tərəfdaş və məsuliyyətli güc kimi təqdim etdi. İlham Əliyevin qərarları təkcə ölkə daxilində deyil, Qərb siyasi dairələrində də rasional dövlət davranışının nümunəsi kimi qəbul edilir. O, hərbi qələbəni siyasi sabitliyə çevirə bilən nadir liderlərdəndir. Uitkoffun çıxışı həm Tramp administrasiyasının, həm də Amerika biznes elitasının Azərbaycanın siyasi idarəetmə modelinə artan marağının göstəricisidir. Nəticə etibarilə, bu hadisə bir daha sübut edir ki, Prezident İlham Əliyev regionda təkcə münaqişəni bitirən deyil, həm də yeni təhlükəsizlik arxitekturasını formalaşdıran lider kimi dəyərləndirilir".

Chosen
35
sonxeber.az

1Sources