EN

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

 Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifli, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyev, polkovnik Anar Tofiq oğlu Hüseynov və polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova kontr-admiral ali hərbi rütbəsi verilib.

Chosen
1
42
yeniazerbaycan.com

10Sources