EN

Moskvada MDB üzvlərinin təhlükəsizlik şuraları katiblərinin on üçüncü görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi,general-polkovnik Ramil Usubov 2025-ci il noyabrın 5-də RusiyaFederasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-niniştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin onüçüncü görüşündə iştirak edib.

Bu barədə Trend-ə Təhlükəsizlik Şurasından məlumat verilib.

Bildirilib ki, “Rusiya və MDB xalqları” beynəlxalq festivalıçərçivəsində keçirilən görüşdə Müstəqil Dövlətlər Birliyi məkanındatəhlükəsizliyin möhkəmləndirilməsi, mənəvi-əxlaqi dəyərlərinqorunması, radikal ideologiyaya qarşı mübarizə, humanitar sahədəəməkdaşlığın inkişaf perspektivləri, həmçinin beynəlxalq vəregional sabitliyin təmini məsələləri müzakirə olunub.

Görüşdə çıxış edən R.Usubov qeyd olunan istiqamətlər üzrəəməkdaşlığın möhkəmləndirilməsi, müzakirə olunan məsələlərlə bağlıölkəmizdə görülən işlər, həmçinin Azərbaycanın Cənubi Qafqazdasülhün və inkişafın bərqərar olunması sahəsində həyata keçirdiyitədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası TəhlükəsizlikŞurasının katibi Ramil Usubovla Rusiya Federasiyası TəhlükəsizlikŞurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüşkeçirilib.

Görüşdə regional təhlükəsizliyin təmin olunması üzrə birgəfəaliyyətlə bağlı məsələlər və hər iki ölkənin rəhbərləriningörüşləri çərçivəsində müəyyən edilən prioritetlər nəzərə alınmaqlaəməkdaşlığın perspektivləri müzakirə edilib.

Moskvada
Chosen
12
16
az.trend.az

10Sources