EN

Rubio 2028 ci ildə vitse prezidentliyə namizəd ola bilər

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi ola bilər.

Bizimyol.info xəbər verir ki, Vaşinqton administrasiyasındakı mənbə bu barədə "Politico"ya məlumat verib.

Mənbənin məlumatına görə, əgər hazırkı vitse-prezident Ceyms Devid Vens prezidentliyə namizədliyini qazanarsa, Rubio vitse-prezidentliyə namizəd kimi irəli sürülə bilər.

Məmur qeyd edib ki, "Vensin prezidentliyə namizəd, Rubionun isə vitse-prezidentliyə namizəd olacağı gözlənilir".

Bu arada, ABŞ administrasiyasının məlumatına görə, Rubio Vensi 2028-ci il seçkilərində hazırkı ABŞ lideri Donald Trampın ən çox ehtimal olunan varisi hesab edir və onun mümkün namizədliyini dəstəkləyir. "Marko çox aydın şəkildə bildirib ki, əgər istəsə, Ceyms Devid Vens Respublikaçı namizəd olacaq.

Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə bildirib ki, o, bu səydə vitse-prezidenti dəstəkləmək üçün əlindən gələni edəcək. Tramp, mümkün varislər haqqında danışarkən, əvvəllər həm Vens həm də Rubioya dəstəyini ifadə edib.

Amerika lideri dəfələrlə bu ehtimalı qaldırmasına baxmayaraq, üçüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirib.

1951-ci ildə qəbul edilmiş Konstitusiyaya 22-ci düzəliş ABŞ prezidentinin vəzifədə iki müddətlə məhdudlaşdığını göstərir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
1
icma.az

3Sources