BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalaraq, 10 milyon 983 min 98 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 1 milyon 349 min 24 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyard 224 milyon 722 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 129 milyon 964 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 1 milyard 471 milyon 242 min dollar məbləğində dəri ixrac edib.