Maksi Lopes Mauro İkardinin həyatını xilas edib.
Offsideplus.az xəbər verir ki, bunu argentinalı sabiq futbolçu Qonsalo Berxessio açıqlayıb.
O, "Kataniya"da çıxış etdikləri zaman Siciliya mafiyasının M. Lopesə "İkardiyə nəsə edə bilərik" təklifini etdiklərini deyib.
Lakin Lopes buna icazə verməyib. O, sakit qalmaqlarını istəyib.
Qeyd edək ki, İkardi və Lopes bir zamanlar çox yaxın dost olub. Daha sonra İkardi o vaxtlar Maksi Lopeslə bir yerdə olan Vanda Nara ilə münasibət yaşamağı başlayıb və onunla əlaqələri pozulub. Buna görə Siciliya mafiyası belə bir şey təklif edib.