EN

Tramp marşrutunun tikintisi nə vaxt başlayacaq? RƏSMİ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tramp marşrutu ilə bağlı ABŞ ilə Ermənistan arasında danışıqlar aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil.

Bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi bölgədə davamlı sülh və sabitlikdə maraqlıdır:

"Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlardan sonra keçirilmiş rəsmi görüşlər və qeyri-rəsmi təmaslar məhz sülh gündəliyimizin irəlilədilməsi, əldə olunmuş razılıqların icrasının sürətləndirilməsi məqsədi daşıyır. Bununla yanaşı, məlumdur ki, bölgədə davamlı sülhün bərqərar olması istiqamətində müəyyən şərtlərin yerinə yetirilməsi əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddiaya son qoyulmasıdır".

A.Hacızadə onu da diqqətə çatdırıb ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP):

"Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. ABŞ tərəfindən müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və maneəsiz keçidin təmin edilməsi istiqamətində danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil. Ancaq nəzərə alsaq ki, bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək, ölkəmizin prinsipial mövqeyi həm ABŞ tərəfinə, həm də Ermənistan tərəfinə bildirilib. Ümidvarıq ki, bu istiqamətdə tədbirlər qısa müddətdə həyata keçiriləcək".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
2
cebheinfo.az

3Sources