EN

BDU, Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyi Zəfərin 5 ci ildönümünə həsr edilən tədbir keçirib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 7 noyabr, AZƏRTAC

Vətən müharibəsində qazanılan zəfərin 5-ci ildönümü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyinin birgə təşkilatçılığı ilə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirilib.

BDU-dan AZ’RTAC-a bildirilib ki, Respublika Dövlət Elmi Tibb Kitabxanasında təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca şəhid həkimlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixinə parlaq səhifə kimi həkk olunub: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu, tarixi ədalət zəfər çaldı”.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı Knyaz Aslan, Azərbaycan Təbabət Muzeyinin direktoru Sevinc Maniyeva, Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktor müavini, Vətən müharibəsi iştirakçısı, zabit Rəsul Rəsulovun həyat yoldaşı Könül Rəsulova, kitabxananın əməkdaşları Ülkər Adilova və İradə Əliyeva çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Ordusunun göstərdiyi igidlikdən, həkimlərin döyüş bölgələrində fədakarlığından bəhs olunub.

Vurğulanıb ki, tarixi Zəfərimizin beşinci ildönümünün Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunması qələbəmizin miqyasını və əhəmiyyətini bir daha göstərir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaratmaqla Azərbaycan xalqının milli birliyini və gücünü dünyaya nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
azertag.az

2Sources